Azərbaycan və Macarıstan arasında investisiya müqaviləsi imzalanıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Macarıstan arasında investisiya müqaviləsi imzalanıb - FOTO

Qafar Ağayev11:07 - 30 / 03 / 2023
Azərbaycan və Macarıstan arasında investisiya müqaviləsi imzalanıb - FOTO

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

1news.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

"Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır", - nazir yazıb.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər