Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Qafar Ağayev09:40 - 31 / 03 / 2023
Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.

1news.az xəbər verir ki, görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.

Prezident Mahmud Abbas ilk öncə Ulu Öndər Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
158

Son xəbərlər

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 18623 manat uduldu – Elektromobil qazanmaq imkanı davam edirBu gün, 11:06Zlatan İbrahimoviçin yubiley qolları açıqlanıb - SİYAHIBu gün, 10:55Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10
Bütün xəbərlər

Next TV