Bakıda məktəbin bufetində zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbin bufetində zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qafar Ağayev14:56 - 06 / 04 / 2023
Bakıda məktəbin bufetində zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib. 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

***

13:46

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

Paylaş:
1026

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər