20 nömrəli məktəbdə zəhərlənmə ilə bağlı araşdırma başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

20 nömrəli məktəbdə zəhərlənmə ilə bağlı araşdırma başlandı

Qafar Ağayev15:13 - 06 / 04 / 2023
20 nömrəli məktəbdə zəhərlənmə ilə bağlı araşdırma başlandı

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilir ki, ilkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər