İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub | 1news.az | Xəbərlər
Siyasət

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub

Qafar Ağayev16:26 - 06 / 04 / 2023
İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub

Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə 1news.az-a XİN-dən məlumat verilib.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Paylaş:
661

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər