Deputat: “Bu isə İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Bu isə İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir”

Qafar Ağayev13:00 - 06 / 04 / 2023
Deputat: “Bu isə İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir”

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, bölgənin lideri kimi əsas söz sahibinə çevrilib".

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib”.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.

"Aprelin 11-də ölkəmizdə keçirilən son prezident seçkilərindən beş il ötür. Bu seçkilərdə cənab İlham Əliyev seçicilərin mütləq əksəriyinin etimadını, 86.02 faiz səs toplayaraq parlaq qələbə qazandı. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü. Əlbəttə ki, Prezidentimizin bu qələbəsinin mühüm əsasları var. Çünki dövlət başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb".

Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb.

"Azərbaycan neçə illərdir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb. S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ötən dövrün mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. Son zamanlar Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafikin fonunda Azərbaycanın barışdırıcı missiyası və fəal rolu diqqəti cəlb edir. Xüsusilə də, Ukrayna hadisələri fonunda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv strateji diplomatiyası ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir. Bu səpkidə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın etibarlı - güvənli tərəfdaş, inam və etimad ünvanı olduğunu təsdiqləyir. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan toqquşma deyil, əməkdaşlıq məkanıdır. Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər - Rusiya, Amerika Birləşmiş Ştatları və digər güc mərkəzləri eləcə də Aİ, NATO, İƏT və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir. Bu düşünülmüş siyasət ölkəmizin regionda və beynəlxaql müstəvidə siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır".

“44 günlük Vətən müharibənin əsas qəhrəmanı da Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib. Dövlətimiz bu hədəflərə doğru inamla irəliləyir”, - deyə Sevinc Fətəliyeva söyləyib.

Paylaş:
559

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər