AQTA 93 aptekdə yoxlama keçirdi - 69-unda uyğunluzluq aşkarlandı - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.
AQTA-dan 1news.az-a verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.
Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Həmçinin ötən ilin dekabrın 6-dan etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:
Monitorinq zamanı uyğunsuzluq aşkarlanan apteklər barədə məlumat |
||||
№ |
Müəssisənin adı |
Müəssisənin ünvanı |
Məhsulun adı və miqdarı |
Aşkarlanan uyğunsuzluq |
1 |
"Zeytun" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 25/6, m. 43 |
1) Türkiyə istehsalı olan 80 ədəd "Dermosirr" əmtəə nişanlı yağ |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
60 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|||
2 |
"Zeytun" aptek |
Yasamal rayonu, Şərifzadə küçəsi, ev 119 |
40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
3 |
"Zeytun" aptek |
Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19, m. 18 |
1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qr |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
4 |
"Klover" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 31A |
1) 7 ədəd "D-CelorolFort" əmtəə nişanlı vitamin |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
5 |
"Avis" aptek |
Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 86 |
7 ədəd "Taliya" əmtəə nişanlı vitamin |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
6 |
"Zeytun 505" aptek |
Nəsimi rayonu, R.Rza və M.Füzuli küçələrinin kəsişməsi |
40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
7 |
"Dərmançı 392" aptek |
Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi |
18 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
8 |
"Zeytun 301" aptek |
Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi, ev 18 |
4 ədəd "D3 Emaks" əmtəə nişanlı vitamin |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
9 |
"Kardio" aptek |
Şəki şəhəri, Bağbanlar küçəsi |
1) 2 ədəd "Qara Zirə" əmtəə nişanlı yağ 250 ml |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
10 |
"Kardio" aptek |
Şəki şəhəri, Z.Əliyeva küçəsi |
1) 1 ədəd "Sanoles" əmtəə nişanlı məlhəm 30 kapsul |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
11 |
"Kardio" aptek |
Şəki şəhəri, N.Nərimanov küçəsi |
1) 1 ədəd "Krilom" əmtəə nişanlı balıq yağı 30 kapsul |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
12 |
"Zeytun 595" aptek |
Nizami rayonu, M.Şərifli küç., ev 241A |
4 ədəd "Solgar" əmtəə nişanlı vitaminlər (hər biri müxtəlif növ partiyalara məxsus) |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
13 |
"Kardio" aptek |
Gəncə şəhəri, Təbriz küçəsi |
6 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg |
Azərbaycan dilində markalanması mövcud deyil |
14 |
"Evro" aptek |
Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 8 |
1 ədəd "Biokontur" əmtəə nişanlı malina, 1 ədəd multifrukti balıq yağı 100 kapsul |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
15 |
"Gəncə" aptek |
Gəncə şəhəri, Təbriz küçəsi 54 |
1 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg |
Azərbaycan dilində markalanması mövcud deyil |