AzTV Milli Qəhrəman Mübariz İbrahimovla bağlı film çəkdi – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV Milli Qəhrəman Mübariz İbrahimovla bağlı film çəkdi – FOTO - VİDEO

Qafar Ağayev10:11 - 07 / 04 / 2023
AzTV Milli Qəhrəman Mübariz İbrahimovla bağlı film çəkdi – FOTO - VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə “Mübariz” adlı film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən 1news.az-a verilən məlumata görə,“Mübariz” filminin nümayişi keçirilib.

90 dəqiqədən bir qədər artıq davam edən film 2 ilə ərsəyə gəlib. Film qəhrəmanımızın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər isə ölkəmizin müxtəlif bölgələrində aparılıb. Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə çəkilib.

AzTV istehsalı olan “Mübariz” filmi sabahdan kinoteatrlarda izləyicilərə təqdim olunacaq.

Filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Hüseyn Əliyevdir.

Filmin anonsunu təqdim edirik:

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər