Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur

Qafar Ağayev09:38 - 19 / 05 / 2023
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur.


1news.az xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin başlanğıcından 104 il ötür.

Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır. Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir.

Paylaş:
580

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər