Şuşada 1 tondan çox çətənə bitkisi məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada 1 tondan çox çətənə bitkisi məhv edilib

Qafar Ağayev09:10 - 22 / 06 / 2023
Şuşada 1 tondan çox çətənə bitkisi məhv edilib

Şuşada 1 tondan çox çətənə bitkisi məhv edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər