“Titan” sualtı qayığındakı ekipajın öldüyü təsdiqlənib | 1news.az | Xəbərlər
Dünya

“Titan” sualtı qayığındakı ekipajın öldüyü təsdiqlənib

Qafar Ağayev09:37 - 23 / 06 / 2023
“Titan” sualtı qayığındakı ekipajın öldüyü təsdiqlənib

ABŞ Sahil Mühafizə İdarəsi "Titan" sualtı qayığının ekipajının öldüyünü təsdiqləyib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.

Məlumata görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit paylaşıb.

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər