Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək

Qafar Ağayev12:17 - 23 / 06 / 2023
Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək

AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

1news.az xəbər verir ki, Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

Dağlarla əhatə olunmuş Bişkek parlaq mədəniyyəti, milli adət-ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.
Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər