Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır

Qafar Ağayev12:04 - 06 / 07 / 2023
Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı artırılır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.

Hazırda isə Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər