Harvard məzunu Azərbaycanda Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edilib - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Harvard məzunu Azərbaycanda Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edilib - DOSYE

Qafar Ağayev10:49 - 01 / 09 / 2023
Harvard məzunu Azərbaycanda Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edilib - DOSYE

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.

1news.az xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda “Baker McKenzie CİS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018 – 2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020 – 2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib.

Araz Poladov 2021—2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.

O, 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.

Paylaş:
701

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər