3-cü "YAŞAT" düşərgəsi başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

3-cü "YAŞAT" düşərgəsi başa çatıb - FOTO

Qafar Ağayev12:44 - 01 / 09 / 2023
3-cü "YAŞAT" düşərgəsi başa çatıb - FOTO

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi başa çatıb.

1new.az xəbər verir ki, düşərgənin sonuncu günündə psixoloqlarla görüşlər, hoteldaxili əyləncə saatı reallaşdırılıb.

Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb. İştirakçılara və düşərgənin təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.

Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutub.

Bununla da 3-cü “YAŞAT” düşərgəsinə yekun vurulub.

Ümumilikdə 300-dən çox şəhid övladını əhatə edən 7 düşərgə həyata keçirilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçirilib.

“Shamakhi Palace Sharadil” Hotelində baş tutan hər bir düşərgə 5 gecə 6 günü əhatə edib.

Sentyabr ayının əvvəlinədək reallaşdırılan düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak ediblər.

Düşərgə boyunca uşaqlar sığortalanmış olublar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçirilib.

Hər düşərgədə sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Paylaş:
517

Son xəbərlər

Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51
Bütün xəbərlər