Avropada daha bir “bozqurd” salamı - FOTO | 1news.az | Xəbərlər
İdman

Avropada daha bir “bozqurd” salamı - FOTO

Qafar Ağayev09:56 - 05 / 07 / 2024
Avropada daha bir “bozqurd” salamı - FOTO

1-7 iyul tarixlərində Serbiyada keçirilən U-20 güləş üzrə Avropa çempionatında Türkiyənin Samsun Böyükşəhər Bələdiyyəsi İdman Klubunun milli atleti Alperən Bərbər yunan-Roma üsulu ilə 82 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Avropa çempionu olan Alperen Berber tribunada “bozqurd” işarəsi göstərib.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb.

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər