Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblar

Qafar Ağayev12:02 - 05 / 07 / 2024
Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblar

Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblar.

1news.az xəbər verir ki, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Meerkuri 1" gəmi-bərəsinə yüklənərək Bakıya yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək.

Qeyd edək ki, bundan öncə cari ilin mayında Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində 80 ton ağırlığında üç yük maşını göndərmişdi.

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər