Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova dəfn edilib - YENİLƏNİB

15:54 - 15 / 08 / 2024
Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova dəfn edilib - YENİLƏNİB

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova ilə Bərdə şəhərində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Bərdə şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:10

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib.

T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
414

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər