Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaq

Qafar Ağayev09:14 - 18 / 09 / 2024
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaq

Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin bu gün Kəlbəcərə səfəri başlayacaq.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Paylaş:
151

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər