Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Qafar Ağayev13:31 - 20 / 09 / 2024
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribatları və terror aktlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24 saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.

Beləliklə, ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunmasını, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsini təmin edib.

Bundan sonra, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Paylaş:
174

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər