Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yay tətili zamanı Bakı yollarında görülən işləri açıqlayıb.
1news.az Agentliyə istinadən xəbər verir ki, Paytaxt Bakı ərazisində yay tətili dönəmində hərəkət intensivliyinin azalmasından istifadə edilərək 20 ünvanda (küçə və prospekt) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yeni tədris ilinin başlanılmasına qədər yekunlaşdırılıb:
1. Səbail rayonu, Teymur Elçin küçəsi 2. Səbail rayonu, Mehdi Hüseyn küçəsi
3. Nərimanov rayonu, Atatürk prospekti4. Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
5. Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən İ.Qutqaşınlı küçəsinədək) 6. Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək)
7. Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)8. Əhməd Rəcəbli küçəsi (Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək)
9. Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)10. Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
11. Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov prospektindən C. Xəndan küçəsinədək)12. 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
13. Mikayıl Müşfiq küçəsi ("Qurd" qapısından Bakı Şəhər DYP İdarəsinədək)14. Nizami küçəsi (Rəşid Behbudov küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
15. Nizami küçəsi (Azərbaycan prospektindən Səid Rüstəmov küçəsinədək)16. Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
17. Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)18. Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
19. Mətbuat prospekti20. Həsənbəy Zərdabi küçəsi
Yay tətili zamanı başlanılan və yeni tədris ilinin başlanılmasına qədər təmiri yekunlaşdırılmış küçə və prospektlərin ümumi uzunluğu 27 390 metr təşkil edir.
Bundan başqa 3 ünvanda təmir işləri yay tətilindən öncə başlanılaraq yekunlaşdırılıb:
1. Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov pr-dən Ak.Həsən Əliyev küçəsinədək)
2. Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış 3. Zığ şosesində (Beton yol).
1 ünvanda isə - Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolunda (Yanardağa gedən yol) təmir işlərinə tətil zamanı başlanılıb və 17 sentyabr tarixində yekunlaşdırılıb.
Qeyd olunan ərazilərin ümumi uzunluğu 12 min metrdən artıqdır.
Hazırda təmir işləri 3 ünvanda davam etdirilir ki, bu ərazilərdə işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır:
1. 8 Noyabr prospekti
2. Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)3. Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək)
Təmiri davam edən ərazilərin ümumi uzunluğu 18 740 metr təşkil edir.