ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək
26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
1news.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Tərəflər sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Onlar Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd ediblər və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.