Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB

16:59 - 12 / 11 / 2024
Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

1news.az xəbər verir ki, Vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseynin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral II Abdullah ibn Əl Hüseynə çatdırmağı xahiş etdi.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkədə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını dedi.

Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edildi.

15:06

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
128

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər