Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb

17:46 - 13 / 11 / 2024
Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb

Noyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.

Öz növbəsində, R.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.

Paylaş:
182

Son xəbərlər

Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24
Bütün xəbərlər