Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB

16:10 - 13 / 11 / 2024
Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

1news.az xəbər verir ki, COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərini məmnunluqla xatırladı.

Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Dövlət başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunuldu. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edildi.

14:59

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
114

Son xəbərlər

Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşübBu gün, 12:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 11:58COP tarixində ilk dəfə “Rəqəmsallaşma Günü” keçiriləcəkBu gün, 11:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşübBu gün, 11:28COP29-un Yaşıl zonasında ziyarətçiləri nələr gözləyir? - FOTOREPORTAJBu gün, 11:03İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşübBu gün, 10:56Kamran Əliyev İƏT baş katibi ilə görüşübBu gün, 10:55Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşırBu gün, 10:38Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlibBu gün, 10:25İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşübBu gün, 10:15Bakının Sahil qəsəbəsində qaz olmayacaqBu gün, 10:11İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşübBu gün, 10:01Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edirBu gün, 09:56Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:36AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:28Əmtəə bazarlarında qızılın qiyməti 2600 dollardan aşağı enibBu gün, 09:10Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 08:59Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42
Bütün xəbərlər