İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB

14:25 - Bu gün
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

1news.az xəbər verir ki, Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.

Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etdi.

Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.

11:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

Paylaş:
117

Son xəbərlər

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilibBu gün, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edibBu gün, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşübBu gün, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:34Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəkBu gün, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılırBu gün, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”Bu gün, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİBBu gün, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilibBu gün, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35
Bütün xəbərlər