Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

16:38 - 13 / 11 / 2024
Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

1news.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlət başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğuladı ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini dedi.

Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirdi və özünün Pakistana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı dövlət başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edildi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulandı.

15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
111

Son xəbərlər

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşübBu gün, 13:25COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaqBu gün, 13:23Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşübBu gün, 13:22Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”Bu gün, 13:03Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşübBu gün, 12:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 11:58COP tarixində ilk dəfə “Rəqəmsallaşma Günü” keçiriləcəkBu gün, 11:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşübBu gün, 11:28COP29-un Yaşıl zonasında ziyarətçiləri nələr gözləyir? - FOTOREPORTAJBu gün, 11:03İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşübBu gün, 10:56Kamran Əliyev İƏT baş katibi ilə görüşübBu gün, 10:55Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşırBu gün, 10:38Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlibBu gün, 10:25İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşübBu gün, 10:15Bakının Sahil qəsəbəsində qaz olmayacaqBu gün, 10:11İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşübBu gün, 10:01Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edirBu gün, 09:56Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:36AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:28Əmtəə bazarlarında qızılın qiyməti 2600 dollardan aşağı enibBu gün, 09:10
Bütün xəbərlər