Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”

Qafar Ağayev13:03 - 14 / 11 / 2024
Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”

“İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma tədbirlərinin icrası böyük maliyyə vəsaiti, o cümlədən büdcə dəstəyi tələb edir” .

1news.az xəbər verir ki, bunu noyabrın 11-dən 22-dək Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O qeyd edib ki, bu tədbirlər üçün ayrılan vəsaitlərin məqsədyönlü istifadəsi və şəffaflıq təmin edilməsində ali audit orqanlarının (AAO) iştirakı qaçılmazdır. "Hazırda iqlim dəyişikliyinin yaratdığı risklərə diqqət ayıran bir çox AAO üçün iqlim fəaliyyəti əsas ekoloji audit mövzusudur. Hesablama Palatası da fəaliyyətində qlobal çağırışlardan doğan məsələləri xüsusi diqqətdə saxlayır. Son illərdə ətraf mühitlə bağlı məsələlər, o cümlədən iqlim fəaliyyətinin bəzi sahələri səmərəlilik auditlərimizdə əhatə olunub," - deyə o bildirib.

V.Gülməmmədov əlavə edib ki, apardıqları auditlər bu sahədə müxtəlif çağırışların mövcud olduğunu göstərir. Bu çağırışlardan bəziləri audit institutları ilə, bəziləri isə auditin keçirildiyi mühitlə əlaqədardır və əksər ölkələrin AAO-ları üçün aktualdır. Məsələn, yaşıl həllərin tətbiqinin ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericiliyə dəyişikliklərin tələb olunması, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində çətinliklər, iqlim maliyyəsi üzrə təcrübə sayının az olması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi kimi çətinliklər var. Bundan əlavə, iqlim auditi standartlarının inkişaf mərhələsində olması, auditorlarda bu sahə üzrə bilik və bacarıq ehtiyacının yaranması, iqlim auditinin miqyasının müəyyənləşdirilməsi və hökumət əsaslı auditlərin Dayanıqlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrlə uyğunlaşdırılmasının zərurəti kimi məsələlər mövcuddur.

Paylaş:
101

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər