Qaradağda iti binadan atan şəxs həbs edildi, soyadı açıqlandı
Ötən gün paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.
1news.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Heyvanla rəhmsiz rəftar etdiyinə görə saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.
101












