Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.
Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri yalnız gecə saatlarında, aşağıdakı tarixlərdə həyata keçiriləcək:
9 oktyabr saat 23:00-dan 10 oktyabr saat 07:00-dək;
10 oktyabr saat 23:00-dan 11 oktyabr saat 07:00-dək;
11 oktyabr saat 23:00-dan 12 oktyabr saat 07:00-dək.
Təmir işlərinin aparıldığı müddətdə qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən mümkün sıxlığın qarşısını almaq məqsədilə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.












