Siyəzəndə ərzaq bazarında nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə ərzaq bazarında nöqsanlar aşkarlanıb

Qafar Ağayev15:56 - Bu gün
Siyəzəndə ərzaq bazarında nöqsanlar aşkarlanıb

Siyəzən şəhərində fəaliyyət göstərən ərzaq bazarında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında yerləşən “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçiriblər.

Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Həmçinin sahibkar barəsində inzibati protokol tərtib edilib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər