Qəbələ Təlim Mərkəzi yerli pilotların hazırlanması üçün təyyarə parkını genişləndirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ Təlim Mərkəzi yerli pilotların hazırlanması üçün təyyarə parkını genişləndirəcək

Faiqə Məmmədova16:49 - Bu gün
Qəbələ Təlim Mərkəzi yerli pilotların hazırlanması üçün təyyarə parkını genişləndirəcək

Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzi yerli pilotların hazırlanması imkanlarını genişləndirmək məqsədilə təyyarə parkını artıracaq.

1news.az-ın Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mərkəz 2024-cü ildə təlim təşkilatı statusu alıb:

"Gələcəkdə yerli pilotların hazırlanması potensialı daha da gücləndiriləcək. Hazırda mərkəzin balansında beş ədəd Cessna tipli hava gəmisi var. Bu ilin sonuna qədər daha bir Cessna təyyarəsinin gətirilməsi planlaşdırılır. Bu, təlim imkanlarımızın genişlənməsinə və yerli kadrların hazırlanmasına töhfə verəcək".

S.Quliyev qeyd edib ki, hazırda Qəbələ Beynəlxalq Hava Limanında 41 pilot-kursant təlim keçir.

O bildirib ki, 2024-cü ildən indiyədək mərkəzdə 17 pilot hazırlıq kursunu başa vuraraq AZAL-ın sərnişin aviaşirkətinə təhvil verilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər