AZAL-ın pilot-kursantı: Yekun imtahan uçuşumu uğurla yerinə yetirdim

“Yekun imtahan uçuşumu uğurla yerinə yetirdim. Bununla da təlim prosesini başa çatdırdım. Mənə bu imkanı yaratdığına görə hər kəsə, ilk növbədə AZAL kollektivinə təşəkkürümü bildirirəm”.
1news.az-ın Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu AZAL aviaşirkətinin pilot-kursantı Rüfət Cumalı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabr ayından isə təlim uçuşlarına başlayıb.
R.Cumalı bildirib ki, hazırlığın ilkin mərhələsində "Cessna 172" tipli birmühərrikli təyyarə ilə uçuşlar həyata keçirib, daha sonra isə "Diamond DA42" tipli ikimühərrikli təlim təyyarəsində hazırlığını davam etdirib.
71












