ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verilib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verilib

10:53 - 15 / 01 / 2020
ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış etmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır.

Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.

Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Bəyanatın ingilis dilində mətni ilə Konqresin https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf  internet səhifəsində tanış olmaq mümkündür.

S.Xankişiyeva

 

 

Paylaş:
1126

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər