Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub

09:15 - 13 / 11 / 2019
Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub

Noyabrın 12-də Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) rəsmi açılışı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və türk diaspor fəalları, Avstriya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Fuad Muradov çıxışında xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin əhəmiyyətini xüsusilə qeyd edib. Həm soydaşlarımızın bir araya gəlməsi və milli-mədəni dəyərlərin yaşadılmasında, həm də yerli ictimaiyyətə Azərbaycan haqqında həqiqətlərin çatdırılmasında bu kimi mərkəzlərin gələcəkdə daha mühüm rol oynayacağına ümid ifadə olunub. Azərbaycanın ən ağrılı problemi – Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal edilməsi və Qarabağ haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması işində diaspor fəallarına uğurlar arzulanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün ötən ay Bakıda keçirildiyini diqqətə çatdıran F.Muradov türkdilli ölkələrin xaricdəki diaspor təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Avstriyadakı Azərbaycan diasporunun aparıcı qüvvələrindən biri olan bu təşkilatın fəaliyyətindən bəhs edib. O qeyd edib ki, bu təşkilat təkcə Azərbaycan icmasının deyil, eyni zamanda, türkdilli ölkələrdən Avstriyada yaşayan insanların sevimli məkanıdır. Burada tez-tez müxtəlif səpkili tədbirlər, milli bayramları, uşaq və böyüklər üçün kurslar təşkil olunur. O, təşkilatın rəhbəri Yardım Günəşə və təşkilatın fəallarına bu missiyada uğurlar arzulayıb.

Türkiyənin Vyana baş konsulu Asip Kaya Azərbaycan və türk diasporlarının daim bir arada fəaliyyət göstərməsindən məmnunluq ifadə edərək, Vyana şəhərində də diaspora təşkilatları arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Tədbirin yekununda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova diaspor təşkilatı və Azərbaycan icmasının adından xatirə hədiyyəsi təqdim edilib.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46
Bütün xəbərlər