Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB

16:36 - 19 / 04 / 2024
Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

15:03

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər