1news.az

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib – FOTO

12 İyul saat 16:35 ~ 1 dəqiqəlik oxu 152
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib – FOTO

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü və müasir ordu quruculuğu sahəsində gördüyü əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini qeyd edən nazir müavini kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu, Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək 2019-cu ilin birinci yarısında kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net