Azərbaycan-Türkiyə "bir millət iki dövlətdir" – heç bir kripto buna mane ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə "bir millət iki dövlətdir" – heç bir kripto buna mane ola bilməz

15:42 - 18 / 10 / 2017
Azərbaycan-Türkiyə "bir millət iki dövlətdir" – heç bir kripto buna mane ola bilməz

Son vaxtlar Türkiyədə müəyyən xarici qüvvələr tərəfindən idarə olunan bəzi şəxslərin atdığı addımlar Azərbaycan ictimaiyyətində narahatlıqla izlənilir. Belə ki, sentyabrda bir neçə Türkiyə vətəndaşının ermənilər tərəfindən işğal edilən Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa qanunsuz səfər etməsi,  oktyabrda isə Avropa Şurası Parlament Assambleyasında başda Dəniz Baykal olmaqla Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkillərinin "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs vermələri böyük müzakirələrə səbəb olmuşdur.

Hər zaman qardaş Türkiyəni yanında hiss edən Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olan bu hadisələrin aləti olanların kimliyinə baxdıqda maraqlı mənzərənin şahidi oluruq. Məlumdur ki, Azərbaycan və Türkiyə dünyada əkiz qardaşlar adlandırıla biləcək və "bir millət iki dövlət'' siyasətinə sadiq ölkə kimi tanınırlar. Bizim sevincimiz də, kədərimiz də eynidir. Eyni zamanda qeyd etməliyik ki, tarix boyunca Azərbaycan və Türkiyənin xarici düşmənlərinin də nə tərkibi, nə də məqsədləri dəyişməmişdir. Buna görə də baş verən hadisələrin təsadüfi olmadığını, bu proseslərin həm Türkiyə, həm də Azərbaycana düşmənçilik mövqeyində dayanan müəyyən dairələr tərəfindən idarə olunmasını qeyd etmək lazımdır.

Bir müddət əvvəl Türkiyədən bir neçə jurnalist və siyasətçinin işğal altında olan Dağlıq Qarabağa səfərinin əsl mahiyyətini görmək üçün bu şəxslərin kimliyinə baxmaq lazımdır. Türkiyədə aparılan "həpimiz erməniyiz'' kompaniyasının öncüllərindən olan bu şəxslərin kriptoerməni kimliyi təbii ki, özünü göstərir. Digər maraqlı məqam isə Corc Sorosun Türkiyəni daxildən zəiflətmək istəyən ''həpisi ermənilər''i maliyyələşdirməsi ilə bağlıdır. Corc Sorosun Açıq Cəmiyyət Fondu Türkiyədə etnik və dini zəmində qarşıdurma yaranması, "Qərbi Ermənistan'' xülyasının gündəlikdə saxlanılması istiqamətində müxtəlif qeyri-hökumət təşkilatlarını, universitetləri, ayrı-ayrı elm adamlarını maliyyələşdirir. "Həpimiz erməniyiz'', ''Türkiyənin ermənilərdən üzr istəməsi'' ideya və hərəkatının Soros tərəfindən maliyyələşdirilməsi təsadüfi deyil. Onun kriptoermənilərə yönəlik siyasəti Türkiyədə ilk növbədə türklüyə qarşı meyllərin qızışdırılmasına, eyni zamanda qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında ictimai fikirdə mənfi məqamların alovlandırılmasına yönəlmişdir. Lakin bu məkrli planları fikirləşənlər anlamalıdırlar ki, qardaşlar arasında girmək olmaz. Hər iki ölkədə bu tip təxribatların və kriptoermənilərin fəaliyyətinin haradan qaynaqlandığı bütün səviyyələrdə bilinən faktlardır.

Eyni zamanda bu səfər Azərbaycan üçün hansı məna daşıyırsa Türkiyə üçün də eyni təhlükəli tendensiyanın davamıdır. Çünki baş verənlər Azərbaycan qədər Türkiyə üçün də separatizm baxımından arxadan vurulan zərbədir. Türkiyə vətəndaşı olan kriptoermənilərin işğalçı rejimin "rəsmiləri'' ilə görüşünü təşkil edənlərin də "Qərb erməniləri milli konqresi'' adlı qeyri-hökumət təşkilatı olması təsadüfi deyil. Türkiyənin özünə qarşı ərazi iddiaları olan, "Qərbi Ermənistan'' layihəsinin müəllifləri Azərbaycanda da separatçılığı dəstəkləyirlər. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən bu şəxslərin hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsi Türkiyədə separatçılığı qızışdıran qüvvələrə verilmiş tutarlı cavab olar.

Avropa Şurası Parlament Assambleyasında CHP-dən olan millət vəkillərinin "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı qətnamənin lehinə səs verməsi də qaranlıq məqamlardan xəbər verir. Məlum olduğu kimi yaşadığımız dövr dünyada ikili standartların, müxtəlif fobiyaların, xüsusən də Qərbdə islamafobiyanın hakim olduğu bir dövrdür. Avropa sanki orta əsrlər dövrünə geri dönmüşdür. Dini kimlik cəmiyyəti fərqli qütblərə bölmüşdür. Belə bir zamanda uğurla inkişaf edən, dünyəvi müsəlman dövləti Qərbdə müəyyən dairələr tərəfindən qəbul edilmir. Azərbaycan və Türkiyənin məhz bu model dövlət olması isə ölkələrimizi total hücumlar qarşısında qoyur. Buna görə də Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qərəzli qətnamə də bu hücumun bir hissəsidir.

Qeyd etməliyik ki, son illər qardaş Türkiyə də daim bu haqsız yanaşmanın hədəfi olur. Buna görə də CHP millət vəkillərinin anti-Azərbaycan kompaniyasına qoşulması anlaşılan deyil. Eyni zamanda bu yanlış qərardan sonra istər Azərbaycanda, istərsə Türkiyədə parlamentarilər, elm adamları, sadə vətəndaşlar beynəlxalq islamafob şəbəkənin oyununu dəstəkləyənləri qınayırlar. Lakin maraqlıdır ki, Türkiyədə həm Ədalət və İnkişaf Partiyası, həm Milliyyətçi Hərəkət Partiyasının vəkilləri öz CHP-li həmkarlarının bu qərarını pisləsələr də CHP-nin özündən heç bir səs gəlmədi. İnanmaq istərdik ki, Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir'' ifadəsini qurucusu olduğu partiya mənsubları unutmayıblar.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdir müavini

 

Paylaş:
3041

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər