Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib

16:18 - 03 / 05 / 2024
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

Xatırladaq ki, Ferqus Auld "X"dəki paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Paylaş:
383

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər