Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

18:11 - 04 / 05 / 2024
Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astarada yağış, Şahdağda sulu qar yağıb.

Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

11:14

Mayın 4-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda 18, Culfada 17 mm, Ordubadda 15, Şahbuzda 14 mm, Naxçıvanda 13, Gədəbəy, Sədərəkdə 10 mm, Şəki, Göygöldə 9 mm, Qəbələdə 8 mm, Şahdağda 7 mm, Astara, Şəmkir, Balakən, Oğuz, Gəncə, Göyçay, Mingəçevir, Tərtər, Qrız, Zaqatala, Cocuqmərcanlı, Tovuz, Ağdam, Qusar, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Naftalan, Şərur, Daşkəsən, İsmayıllı, Qobustan, Quba, Bərdə, Zərdab, İmişli, Lerik, Kəlvəz, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər