Azərbaycan xalqı hər zaman dövlətinə arxalanır və Prezidentinin yanındadır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan xalqı hər zaman dövlətinə arxalanır və Prezidentinin yanındadır

17:52 - 16 / 07 / 2020
Azərbaycan xalqı hər zaman dövlətinə arxalanır və Prezidentinin yanındadır

Ermənistan silahlı qüvvələri öz mənfur əməllərinin davamı olaraq iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda təxribata əl atdı. Hərbi təxribatın qarşısı ən qısa müddətdə müzəffər ordumuz tərəfindən alındı.

Növbəti günlərdə də ermənilərin layiqli cavabı verildi və düşmənin çoxlu sayda hərbi texnikası, müdafiə qurğuları və canlı qüvvəsi sıradan çıxarıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın güclü, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazır, nizami ordusu var. Azərbaycan Ordusu hər zaman düşmənə lazimi cavab verməyə, ərazi bütövlüyümüz uğrunda vuruşmağa həm canlı qüvvə, həm də maddi-texniki baza baxımından hazırlıqlıdır. Ordumuz bunu 2016-cı ilin şanlı Aprel döyüşlərində də mənfur düşmənə sübut edib.

Ş.Seyidzadə bildirib ki, güclü və nizamlı ordunun arxasında daim vətənpərvərliyi və mərdliyi ona dəstək olan xalq durur. Xalq da son döyüşlər zamanı öz birliyini, əsgərlərimizə dəstəyini bir daha göstərdi. Bir gecə ərzində paytaxtın müxtəlif yerlərində yüzlərlə, minlərlə şəxs küçələrdə “Qarabağ” deyərək yürüş etdi. Bu, igid əsgərlərə, ölkə başçısına dəstək və birliyin nümayişi olmaqla düşmənə bir daha Azərbaycan xalqının möhkəmliyini göstərdi.

Azərbaycanın regionda bütün sahələrdə güclü ölkə olduğunu vurğulayan deputat bildirib ki, ölkəmiz müstəqil daxili və xarici siyasət yürütməklə inkişaf edir və öz gücünə arxalanır: “Əmin-amanlıq, təhlükəsizlik və sabitlik müstəqillik dövründə gənc ölkəmizin ən böyük uğurlarındandır. Hər nə qədər pandemiya dövrünün təhlükəsi göz önündə olsa da, xalq birləşərək, milli iradə, vətənpərvərlik nümayiş etdirərək güclü, əyilməz olduğumuzu dünyaya sübut etdi.

Düşmənin növbəti təxribata əl atdığı bir vaxtda bizim birliyə böyük ehtiyacımız var. Məhz elə bu zamanda, elə bu məqamda hər kəs bu birliyi göstərdi. Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır”.

Deputatın sözlərinə görə, hər kəs öz birlik mövqeyini küçəyə çıxa bilməsə belə, bacardığı qədər, məsələn, sosial şəbəkələrdə göstərdi. Hər kəs müxtəlif vasitələrlə istər ermənilərin son təxribatı ilə, istərsə də Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı ilə bağlı həqiqətləri daha geniş ictimaiyyətə çatdırmaq üçün əlindən gələni etməyə davam edir. Bu məsələdə həm də siyasi partiyalar birləşərək ölkə başçısının vahid siyasətini dəstəklədiyini göstərdi. Bununla yanaşı, vətənpərvərlik, dəstək aksiyasına siyasi məzmun verilməsinə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Bu, həm dövlətimizin, həm ordumuzun gördüyü işlərə, həm də bu aksiyanın təşkilinə kölgə salmaq məqsədi daşıyırdı.

“Sərhəd ərazisində baş verənlərlə bağlı hələ uzun müddət təhlillər aparılacaq, müxtəlif mövqe və fikirlər səsləndiriləcək. Lakin bir mövqe artıq şübhəsizdir - hər kəsin Azərbaycan dövlətinin və Prezidentinin ətrafında birləşməsi reallıqdır”, - deyə Şahin Seyidzadə vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
920

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər