Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edildi - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edildi - VİDEO

14:21 - 23 / 01 / 2021
Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edildi - VİDEO

Nazirlər Kabineti fermerləri sevindirəcək qərar qəbul edib. Bəzi cins mal-qaranın və ev quşlarının idxalı gömrük rüsumundan azad edilib. Qərar qiymətlərlə bağlı gözləntilərini necə doğrulda biləcəkmi? Mövzunu ekspertlə davam etdirmişik.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin sentyabrında müddəti başa çatan qərar yenidən bərpa edildi. Bəzi mal-qara və ev quşlarının idaxalından gömrük rüsumu tutulmayacaq.

Nazirlər Kabinetinin gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə qərarda belə bir qayda əksini tapıb. Qərara əsasən, bir sıra cins inəklər, safqanlı cins qara mal, həmçinin bəzi yumurtlayan növ toyuqlar idxal edilərkən 31 dekabr 2023-cü il tarixinədək gömrük rüsumundan azad edilir. Analitik Turab Rzayev deyir ki, sözügedən qərarın yenidən qüvvəyə minməsi müsbət tendensiyaya səbəb olacaq. Bu, ilk növbədə ət və süd məhsullarında yarana biləcək qiymət artımının qarşısı alacaq.

Qərar eyni zamanda fermerlərin daha ucuz və güzəştli qiymətlərlə damazlıq mal-qara və ev quşları almalarına fürsət yaradır.

Rüsumlardan azad olunma həm böyük, həm də kiçik və orta fermer təsərrüfatlarının inkişafına müsbət təsir edəcək.

Qeyd edək ki, bu qərar gələn aydan qüvvəyə minəcək.

1news.az

Paylaş:
522

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər