Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEO
COP 29 beynəlxalq konfransı ərəfəsində “Euronews” kanalı Xəzər hövzəsində ilk “Yaşıl Liman” beynəlxalq statusu alan Bakı Limanı haqqında videoreportaj hazırlayıb.
1news.az xəbər verir ki, videoreportajda qeyd olunub ki, 2019-ci ildən bəri Bakı Limanı ekoloji layihələrə ciddi nəzər yetirir və karbon emissiyasının 2035-ci ilə qədər sıfıra endirilməsi üçün kompleks tədbirlər həyata keçirir. Burada, tulantı suların təmizlənməsi, limanda aparılan ağacəkmə kampaniyası, istifadə olunan günəş enerjisindən məlumat verilib. Həmçinin, Bakı Limanının sosial sahədə Ələt məktəbliləri üçün həyata keçirdiyi layihələrdən biri olan “RoboPort” barədə məlumat verilib, iştirak edən şagirdlər layihə barədə fikirlərini bölüşüblər. Bununla bərabər videomaterialda limanın korporativ sosial məsuliyyət proqramı çərçivəsinə Ələt qəsəbəsində salınan Eko Park haqqında məlumat süjetdə əks olunub.