Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

13:22 - 22 / 05 / 2019
Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

1news.az-ın Ona-ya istinadla verdiyi xəbərə görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib.

Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq da əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.

S.Xankişiyeva

Paylaş:
675

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər