Ekspert: Prezident İlham Əliyevin Davos forumunda iştirakı ölkəmizin maraqlarının düzgün qiymətləndirilməsinə imkan verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: Prezident İlham Əliyevin Davos forumunda iştirakı ölkəmizin maraqlarının düzgün qiymətləndirilməsinə imkan verir

09:44 - 23 / 01 / 2019
Ekspert: Prezident İlham Əliyevin Davos forumunda iştirakı ölkəmizin maraqlarının düzgün qiymətləndirilməsinə imkan verir

İsveçrənin Davos şəhərində hər il bu vaxt keçirilən Dünya İqtisadi Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət və bank nümayəndələrinin, siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir.

Bunu 1news.az-a açıqlamasında forumun əhəmiyyətinə toxunan iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, bu, dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirtmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlarda mövcud durumu dilə gətirmək,müvafiq təhlillər aparmaq, yaxın və orta perespektiv üçün proqnozlar verməyə imkan açır.

“Hər bir ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Və heç bir ölkə təcrid edilmiş vəziyyətdə inkişaf edə bilməz. Odur ki, ölkələrdə həyata keçirilən iqtisadi və maliyyə siyasəti nəzarətdə saxlanılmalı, təhlil olunmalıdır. Bu, xüsusən də, böyük ölkələrə aiddir. Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri həm daxilllərində, həm də öz aralarında qeyri-düzgün siyasət yürütsələr, bu, mütləq qlobal böhrana və bütün ölkələr üçün mənfi təsirlərə gətirib çıxara bilər. Odur ki, təkrar edirəm ki, belə görüşlər və tədbirlər olduqca vacibdir. Burada irili-xırdalı, böyük səlahiyyətli və məhdud imkanlı, zəif təsirli bütün tərəflər bir araya gəlir. Bu mənada, deyərdim ki, Davos toplantısının analoqu yoxdur”, ekspert əalvə edib.

Azərbaycanın hər il bu forumda iştirakının ona hansı dvidentlər gətirməsini də şərh edən P.Heydərov deyib ki, Azərbaycan kiçik ölkədir, dünya iqtisadiyyatında çox cüzi paya sahibdir:

“Ancaq olduqca mühüm bir regionda yerləşir, böyük siyasi və iqtisadi nüfuza sahibdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini demək olar ki, bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir...  Belə ki, bu sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsidir, eyni zamanda qeyri-enerji sektorunun inkişaf etdirilməsi və buradan yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala malikdir. Odur ki, ölkəmizə böyük investisiya marağı vardır. Dövlət başçımızın bu forumda iştirakı həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan verir. Eyni zamanda, beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləriylə görüşlər keçirilr ki, Azərbaycanda görülən işlər, mövcud iqtisadi durum nəzərə çatdırılır, əməkdaşlıq imkanları, istiqamətləri və perespektivləri müzakirə və müəyyən edilir”.

Bir sıra dünya liderlərinin, o cümlədən ABŞ prezidenti Donald Trampın forumda iştirakdan imtinasına da toxunan iqtisadçı ekspert deyib ki, əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması” olan builki Davos Forumunda ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya kimi dünyanın aparıcı ölkələrinin liderləri iştirak etmir. Lakin bu, toplantının əhəmiyyətini azaltmır. Əlavə edib ki, ABŞ prezidentinin keçən ildəkinin əksinə olaraq, bu dəfə Davosa gəlməməsi ölkədaxili məsələlərlə əlaqədardır:

“Həmçinin, Böyük Britaniya baş naziri Brexit, Fransa lideri isə daxili siyasi gərginliklə əlaqəli olaraq foruma qatılmadılar. Bununla belə, bütün müzakirələrin məğzində yenə də adları çəkilən ölkələrin özlərinə aid, həmçinin biri-birilərinin arasında olan iqtisadi münasibətlərin son durumu dayanacaq. Məsələn, ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatı üçün bir nömrəli problemdir, mövzudur. Odur ki, Tramp özü iştirak etməsə də, builki Davos görüşündə də əsas söz sahibi olaraq seçiləcək. Bunu həm də o şərtləndirir ki, maliyyə bazarlarında son tendensiyalar və bununla bağlı yaranmış vəziyyət, Amerika valyutasının möhkəmləndirilməsi kursu və sair kimi məsələlər ABŞ-sız mümkün deyil”.

P.S

Paylaş:
618

Son xəbərlər

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21
Bütün xəbərlər