Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır – BƏYANAT | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır – BƏYANAT

19:36 - 31 / 03 / 2020
Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır – BƏYANAT

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb.

Trend-in məlumatına görə, həmsədrlər İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanatlarında bildiriblər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Vasitəçilər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin 9 mart tarixli bəyanatında qeyd olunmuş prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həll olunmasında Dağlıq Qarabağ əhalisinin rolunu tanıyırlar.

Həmsədrlər onu da qeyd edirlər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

Həmsədrlər müvafiq olaraq, bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər.

Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib

S.Xankişiyeva

 

Paylaş:
617

Son xəbərlər

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19
Bütün xəbərlər