1news.az

İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib - YENİLƏNİB

12 İyun saat 13:00 ~ 1 dəqiqəlik oxu 260
İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirildi, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışıldı.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net