Karantin dövründə psixi sağlamlığımızı necə qoruyaq? – psixoloqla MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Karantin dövründə psixi sağlamlığımızı necə qoruyaq? – psixoloqla MÜSAHİBƏ

13:12 - 13 / 04 / 2020
Karantin dövründə psixi sağlamlığımızı necə qoruyaq? – psixoloqla MÜSAHİBƏ

Dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da karantin rejimi tətbiq olunub. Nəticədə insanlar evdə qalmağa məhkum olublar. Bu isə əksər insanlarda bir sıra psixi pozğunluqların yaranmasına, depressiyaya düşmələrinə səbəb olur.

Uzun müddət evdə qalma insanların psixologiyasına necə təsir edir? Karantin dövründə psixoloji sağlamlığımızı necə qoruya bilərik? Uzun müddət evdə qalmaq daha çox hansı insanlara mənfi təsir göstərə bilər? Bu və digər suallara cavab tapmaq üçün psixologiya üzrə fəlsəfə elmləri doktoru, psixoloq Rəşad Rəhimbəyliyə müraciət etdik.

- Artıq bir müddətdir ki, dünyada və ölkəmizdə insanlar təcrid olunmuş, karantin rejimində yaşayırlar. Bu hal insanların psixologiyasına necə təsir edir?

- Məlum pandemiya səbəbindən bir çox sosial və məişət probleminin yaranması insanlarda psixoloji narahatlıq doğurur. Bunlara fobia, qorxu, həyəcan pozuntuları, ailədaxili konfliktlər, özünəqapanma, qidalanma pozuntuları, depressiya və emosional partlamalar daxildir.

- Pandemiya səbəbindən fəal ictimai mühitdən təcrid olunmuşuq. Belə məqamda psixoloji sağlamlığımızı necə qoruya bilərik? Karantin dövrünün mənfi təsirlərini yumşaltmaq üçün hansı tövsiyələri verərdiniz?

- Təbii ki, önəmli olan belə anlarda bu vəziyyətdən qazanclı çıxmaqdır. Belə ki, sağlamlığımızın hər şeydən daha önəmli olduğunu daha yaxşı anlayırıq.

Psixi sağlamlıq fiziki sağlamlığımız qədər də önəmlidir. Yəni evdə özümüzü xəstəliyə qarşı təcrid etmək durumunda bu zamanı özümüz üçün faydalı keçirtməyə çalışmalıyıq.

Məsələn, inkişafımız üçün faydalı ola biləcək oyun və əyləncələr və mütaliə etmək epidemiyadan sonrakı dövrə daha gümrah və sağlam davam etmək üçün lazımdır. Həm də sosial şəbəkələrin yaxşı tərəfindən istifadə etməklə, sosial mühitdən təcrid olunmamaq üçün istifadə edə bilərik.

- Bəzi insanlar evdə qalmaqdan depressiyaya düşərək intihar edirlər. Buna səbəb nədir? Öz yaxınlarımızı bundan necə qorumalıyıq?

- Əslində intihar etmək istəyən insanlar ən çox yaşamaq istəyənlərdir. Yəni, çarəsizliyin son çarəsi kimi intiharı seçirlər. Adətən belə hallar olmasın deyə, ailə üzvləri depresiyaya meylli insanla ünsiyyət qurmağa çalışmalı, onu dinləməli, tənha hiss etməməsi üçün əllərindən gələni etməlidirlər.

Təbii, bunun üçün özünü tənha hiss edən hər bir kəsin bu vəziyyətdən çıxması üçün sosial çevrəsi və ailə üzvləri qədər mütəxəssislərdən də (virtual qaydada) dəstək ala bilərlər.

- Uzun müddət evdə qalmaq daha çox hansı insanlara mənfi təsir göstərə bilər?

- Ən çox tək yaşayan və tənhalıqdan əziyyət çəkən insanlar, psixi xəstələrin yaxınları, panik-atak, emosional həssas vətəndaşlarımızı misal gətirə bilərəm. Bunlardan əlavə uşaqlar və yeniyetmələr də evdə uzun müddət qalmağa çətinlik çəkə bilər.

- Karantinlə əlaqədar sosial şəbəkələrdən daha çox istifadə etməyə başlamışıq. Zərərli təsirlərdən qorunmaq üçün sosail şəbəkələrdən necə düzgün istifadə etməliyik?

- Əgər vacib ehtiyaclarımız daxilində işlərimizə görə sosial şəbəkələrdən istifadə etmək kontrollu olduğu müddətcə zərərli olmaz.

Sosial şəbəkələrdən asılılıq narkotik və digər asılılıq qədər zərərlidir. Bu baxımdan mümkün qədər real ünsiyyət və faydalı informasiyalar üçün istifadə edilməlidir.

- Koronavirus infeksiyasıyla mübarizədə insanların sosial şəbəkədə yaydığı fərqli dezinformasiyalar var. İnsanlar bu cür yalnış məlumatlardan və panikadan özlərini necə qoruya bilərlər?

- Bəzən qarşımıza ciddi xəbərdarlıq xarakterli informasiyaların yanında qorxu və panika yaradacaq məlumatlar çıxır. Bunun üçün mümkünsə rəsmi və etibarlı mənbələrdən məlumat almağı tövsiyə edərdim.

- Digər tərəfdən kişilərdə müxtəlif ev işləri görməyə meyillik də artıb. Artıq biz sosial şəbəkədən yemək hazırlayan, toxuyan, uşağa baxan evdar atalar görə bilirik. Maraqlıdır, karantin rejimi kişilərdə qadınlara məxsus xüsusiyyətlər yarada bilərmi?

- Mən buna pozitiv tərəfdən baxaraq günün böyük hissəsini evdən kənar keçirən atalar indi evdə olduqları üçün ailə üzvlərinə yardım edərək özünəməşğuliyyət axtarması kimi analiz edirəm. Bunun faydalı tərəfləri xanımı və uşaqları ilə zaman keçirməsi empatiya duyğusunu artırsa da,  ev daxilində var olan qaydaları dəyişmək kimi problemlər də yarada bilər ki, bu da məişət qayğıları və konfliktlərin yaranmasına səbəb ola bilər.

- Karantinlə əlaqədar bəzi ölkələrdə boşanmaların sayı kəskin artıb. Necə düşünürsünüz, bizdə də belə bir hal yarana bilərmi? Boşanmaların qarşısını almaq üçün ailələrimizə nə məsləhət görərdiniz?

- Bəli, bizdə həm ölkəmizdən kənarda,  həm də ölkə daxilində məişət qayğıları və ailədaxili konfliktlər özüylə bərabər ciddi problemləri gətirir. Xoşagəlməz olsa da deyim ki, məlum karantindən sonra boşanmalarda artım gözlənilir. Bunun qarşısını almaq üçün mümkün qədər yarana biləcək konfliktlərdən qaçmaq lazımdır.

Əvvəlki kimi olmasa da öz sosial həyatından məhrum olmaq səbəbsiz aqressiya yarada bilər ki, belə anlarda hər birimiz empatiya duyğusunu itirməməliyik. Ailə üzvlərinin ortaq dəyərlərinin qorunması xatirinə müxtəlif aktivliklər olması və oyunların faydalı olacağını düşündüyümüz üçün tövsiyə edirik ki, öncədən konflikt yaradacaq mübahisə və polemikalardan uzaq durmaq sevdikləriniz və sizin üçün gərəklidir.

- Pandemiya bitəndən sonra bizi necə bir geridönüş gözləyir?

- Karantin dövrünün uzanması özüylə bərabər iqtisadi və sosial problemlərlə yanaşı psixoloji problemlər dəyarada bilər. Bəzən yarızarafatla bir çox sosial ənənələrini unudacağını deyən gəncləri müşahidə edirəm ki, bunu yaşamamaq üçün hamılıqla gigiyena və karantin qaydalarına əməl olunmasına diqqət etməliyik.

Sonda onu qeyd edim ki, günümüzün sosial insanı üçün bu karantin vəziyyəti ağır və yorucu gələ bilər. Amma unutmayaq ki, bütün dünya bu problemin həlli yollarından istifadə edir. Məsləhətim budur ki, özümüzü və bizi sevənləri düşündüyümüz üçün karantin qaydalarını özünütəcrid kimi yox,  özünükəşf kimi qiymətləndirək. Yəni, müəyyən situasiyadan çıxış yollarında öz potensiallarını dəyərləndirsinlər və ən  əsası özlərini həm də psixoloji tərəfdən qorusunlar.

1news.az

Paylaş:
2257

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər