Keçmiş arvadını iş yerində döydü – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş arvadını iş yerində döydü – FOTO – VİDEO

15:46 - 26 / 08 / 2019
Keçmiş arvadını iş yerində döydü – FOTO – VİDEO

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar və xuliqanlıq hərəkətləri edən Beyləqan rayon sakini Məhəmməd Bayramov saxlanılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova bölməyə şikayət edərək bildirib ki, iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman ərinin hücumuna məruz qalıb.

M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edərək onlara xuliqanlıq zəmində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.

43-cü Polis bölməsinə gətirilən M.Bayramovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus “Niva” markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və bir ədəd mobil telefonu da oğurlayıb. M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

M.Bayramov, həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
355

Son xəbərlər

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilirBu gün, 15:36İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49
Bütün xəbərlər