İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1

15:17 - 08 / 05 / 2024
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

16:38

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Hacıhətəmli kənd qəbiristanlığına aparılır.

14:31

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Ağayev Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
701

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər